"Qarabağ" "Zirə"yə qarşı Yenilənir

"Qarabağ" və "Zirə" yay təlim-məşq toplanışları çərçivəsində ilk yoxlama oyunlarına çıxacaqlar.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi və Bakı klubu bu gün "Azersun Arena"da üz-üzə gələcəklər.

Görüş saat 18:00-da başlayacaq. 

"Qarabağ" hazırlıq prosesində Ukraynanın “Metalist” klubu ilə də qarşılaşacaq. Oyun iyulun 7-də keçiriləcək.

5-17 iyul tarixlərində Türkiyədə təlim-məşq toplanışında olacaq "Zirə" isə bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul (iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə daha sonra məlumatın veriləcəyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right