“Sabah”dan “Rapid”lə məhsuldar heç-heçə

“Sabah” bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Azərbaycan kubokunun qalibi Sloveniyada Rumıniyanın “Rapid” klubu ilə qarşılaşıb.

Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu, komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın “Sabah”da ilk oyunu olub.

Masazır təmsilçisinin heyətində Coy-Lens Mikels və Xəyal Əliyev vurub.

“Sabah” 2-ci yoxlama matçını iyulun 3-də Macarıstanın “Paksi” klubuna qarşı keçirəcək.

Yoxlama oyunu
29 iyun

“Sabah” (Azərbaycan) – “Rapid” (Buxarest, Rumıniya) 2:2





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right