"Qarabağ"ı Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində ən uzun səfər gözləyir.
Newsport.az saytının məlumatına görə, Ağdam klubu həlledici turda Belçika "Anderlext"i ilə qarşılaşmaq üçün Brüsselə getməlidir.
Bunun üçün ağdamlılar 3650 kilometr yol qət etməli olacaqlar. Çünki Bakıdan Brüsselə qədər məhz bu qədər məsafə var. Maraqlıdır ki, Avroliqanın iştirakçıları arasında son turda heç bir klub səfər oyunu üçün bu qədər məsafə qət etməyəcək.