2024/2025 mövsümündə Misli Premyer Liqasında sonuncu pillədə qərarlaşaraq Birinci Liqaya yuvarlanan “Səbail” heyətində dəyişikliklərə başlayıb.
Newsport.az saytına verilən məlumata görə, Bayıl təmsilçisi artıq bir neçə futbolçunun keçidini həll edib.
Klub sabiq futbolçusu Bahadur Həziyevi geri qaytarıb. Onunla yanaşı, Rəhman Hacıyev, Nicat Süleymanovla da müqavilə imzalanıb.
Premyer Liqaya geri qayıtmağı qarşısına məqsəd qoyan klub yaxın günlərdə heyətini legioner futbolçularla da gücləndirəcək.