"Turan Tovuz"un yay hazırlıq planı bəlli olub.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iyulun 1-də Hünər təlim-məşq bazasında çalışmalara start verəcək.
Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək "Turan Tovuz" iyulun 6-da Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsindəki "Çam Otel"də məskunlaşacaq komanda iyulun 19-dək məşqlərini burada davam etdirəcək.
Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. “Von Resort Abant” otelində məskunlaşacaq komandamızın Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq. Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.
Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək