"Neftçi"ni Şota Arveladze çalışdıra bilər

"Neftçi" yeni baş məşqçi axtarışlarını davam etdirir.

Newsport.az saytının məlumatına görə, hazırda komanda Əsgər Abdullayevin rəhbərliyi altında uğurlu çıxışı ilə diqqət çəksə də, klub rəhbərliyi onu qış fasiləsində əcnəbi mütəxəssislə əvəzləməkdə israrlıdır.

Hazırda "ağ-qaralar"ın sükanı arxasına keçməsi nəzərdə tutulan bir neçə mütəxəssis var. Onlardan biri də gürcü məşqçi Şota Arveladzedir.

Qeyd edək ki, Arveladze daha çox Türkiyədəki məşqçilik fəaliyyəti ilə tanınır. O, "Kayserispor", "Kasımpaşa" və "Trabzonspor" klublarını çalışdırıb. Hazırda isə işsizdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right