“Rəvan” 4 legionerlə güclənir

Azərbaycan Premyer Liqasının son pilləsində qərarlaşan "Rəvan” qış transfer dönəmində heyətini gücləndirməyi planlaşdırır. 
 

Newsport.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Bəhmən Həsənov məlumat verib.  Topaz Premyer Liqasının XV turunda AZAL-la bərabərlikdən sonra (0-0) mətbuat konfransında çıxış edən Həsənov, qış transfer dönəmində yerli futbolçularla yanaşı, əcnəbi futbolluların da komandaya cəlb olunacağını bilidirib.  Mütəxəssis 4 əcnəbi futbolçularla danışıqlar apardıqlarını bildirib.  Çalışdırıcı həmin adları açıqlamasa da, futbolçuların Portuqaliya, Serbiya və Bosniya və Hersoqovinadan olduğunu bildirib. Həsənov əsasən diqqətin hücum xəttinin gücləndirilməsinə verəcəklərini də dilə gətirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right