AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Newsport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul edilibə.
- AFFA-nın İnkişaf Strategiyasının icrası ilə əlaqədar Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işlərinin aparılması.
- Ağsu şəhər stadionunda infrastrukturun Premyer Liqa tələblərinə çatdırılması.
AFFA İnkişaf Strategiyası çərçivəsində UEFA-ya müraciət etmək üçün aşağıdakı istiqamətlər üzrə sənədləşmə və layihələndirmə işlərinə başlanılsın:
- Birinci Regional İnkişaf Mərkəzinin inşası.
- Aşağı yaş qrupları üzrə liqaların keçirilməsi üçün 2 meydanın ot örtüyünün yenilənməsi.
Ardından Əvəzedicilər Liqası ilə bağlı müzakirələr aparılıb. AFFA-nın baş katibi C.Fərəcullayev Əvəzedicilər Liqasında ötən mövsümün gedişi, komandaların vəziyyəti, statistik göstəriciləri barədə məlumat verib. Məsələ ilə bağlı Klublar Komitəsinin rəyi dinlənilib. Əvəzedicilər Liqası ötən mövsüm olduğu kimi davam etdiriləcək.