Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək "Karvan"da daha bir ayrılıq baş verib.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bəhruz Teymurovun müqaviləsi başa çatıb və o, komandadan ayrılıb.
Ötən ilin yayında "Karvan"a keçən 30 yaşlı yarımmüdafiəçi vurduğu 13 qolla komandasının bombardirlərindən olub.
"Karvan"ın ən yaxşı bombardiri (15 qol) Emil Qasımov da bu yay komandanı tərk edib. Həmçinin, qanalı yarımmüdafiəçi Ezekiel Morqan (10 qol) da Yevlax təmsilçisindən ayrılıb ki, sözügedən üç futbolçu komandanın əsas qol silahları olub.1-ci liqanı 3-cü pillədə başa vuran "Karvan" ötən mövsüm ümumilikdə 53 qol vurub. Bunlardan 38-ni sözügedən üç futbolçu rəqib qapılarından keçirib.