"Sumqayıt"ın sabiq baş məşqçisi Rusiyada işləyəcək

"Sumqayıt" futbol komandasının sabiq baş məşqçisi Aleksey Baqanın yeni iş yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Belarusdan olan 44 yaşlı mütəxəssis karyerasını Rusiyada davam etdirəcək.

O, FNL-2 təmsilçisi "Leninqradets"lə anlaşıb. Müqavilənin müddəti 2025/2026 mövsümünün sonunadək qüvvədə olacaq.

Qeyd edək ki, Aleksey Baqa məşqçi karyerasına ölkəsinin BATE klubunda başlayıb. O, 2022-ci ildə "Sumqayıt"da işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right