Mahir Emrelinin müqavilə imzaladığı Almaniyanın “Kayzerslautern” klubu yeni mövsüm öncəsi bir neçə təlim-məşq toplanışı və yoldaşlıq oyunu keçirəcək.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün ilk dəfə bir araya gələn “qırmızı şeytanlar” iyunun 28-də “Hermersberq”lə ilk yoldaşlıq görüşünü keçirəcək. İyulun 5-də komanda Reutlingenin 120 illiyi şərəfinə mini-turnirdə iştirak edəcək və burada “Sankt-Qallen”lə (İsveçrə) klubu ilə qarşılaşacaq.
İyulun 12-də “Kayzerslautern” daha bir yoldaşlıq oyununu “Notts Kaunti”yə qarşı oynayacaq. İyulun 13-dən 20-dək “qırmızı şeytanlar” Cənubi Tirolda (İtaliya) olacaq və burada iyulun 19-da A Seriyasının “Cenoa” klubu ilə üz-üzə gələcək.
Kayzerslauternə qayıtdıqdan sonra eyniadlı komanda A Seriyasının digər təmsilçisi “Roma” ilə 125 illik yubileyi şərəfinə son hazırlıq matçına çıxacaq. Bu oyun iyulun 26-da təşkil olunacaq.