Petkoviçə ən az maaşı “Qarabağ” təklif edib

Xorvatiya millisinin hücumçusu Bruno Petkoviç “Qarabağ”ın transfer siyahısından silinməyib.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, bununla belə, 30 yaşlı forvardın Azərbaycan çempionuna keçmək şansı azdır. Çünki Zaqreb “Dinamo”sundan ayrılan və hazırda azad agent olan Petkoviçə ən az təklifi məhz Ağdam təmsilçisi göndərib.

İspaniya klubu “Alaves” oyunçuya illik 1,4 milyon avro maaş ödəməyə hazırdır. Ancaq hazırda onun xidmətində ən çox maraqlı olan komanda “Kocaelispor”dur. Petkoviç özü Superliqa təmsilçisinin 1,5 milyon avro maaş olmaqla 2+1 illik sözləşmə təklifini qəbul etməyi düşünür.

Qeyd edək ki, Bruno Petkoviç 2019-cu ildən bu ilin yayına qədər “Dinamo”nun (Zaqreb) formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right