“Xəzər Lənkəran” Rahid Əmirquliyevi əbədiləşdirdi!

Milli komandamızın futbolçusu Rahid Əmirquliyevin yaxın günlərdə "Xəzər Lənkəran”dan ayrılacağından xəbərdarsınız. 

Newsport.az saytının məlumatına görə, "Xəzər Lənkəran” kapitanının adını əbədiləşdirəcək.

Bu barədə komandanın azarkeşlərlə iş üzrə əlaqələndiricisi Elman Tağıyev "facebook” hesabı vasitəsi ilə məlumat verib. O, bu ideya ilə bir neçə gün öncə rəhbərliyə müraciət etdiklərini və müsbət cavab aldıqlarını bildirib. 
 
Belə ki, bundan sonra cənub klubunun heyətində "14” nömrəli formada futbolçu meydanda olmayacaq. Əgər, Əmirquliyev nə vaxtsa komandaya qayıdarsa doğma formasına qovuşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right