"Neftçi"nin UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

"Neftçi"nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi IV qrupda Türkiyənin “Fomget” klubu ilə üz-üzə gələcək.

I təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" yarımfinalda Türkiyə klubunu yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə qələbə qazanan tərəf isə II təsnifat mərhələsinə vəsiqə qazanacaq.

IV qrupun oyunları Türkiyə, İsrail və ya Azərbaycanda keçiriləcək ki, bu da tərəflər arasında razılşamaya əsasən müəyyənləşəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin yarımfinal matçları iyulun 30-da, final görüşləri isə avqustun 3-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right