Azərbaycan Premyer Liqasının 15-ci turunda evdə AZAL-la bərabərə qalan (0:0) "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov oyunla bağlı fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, Həsənov yetirmələrinin oyunundan razı qalmadığını deyib:
“Çox pis oynadıq və bunun səbəbləri var. Mən futbolçuları qınamıram. Açığı, AZAL ilə oyunu çoxdan gözləyirdik, qələbə qazanmaq istəyirdik. Qələbə şansını dəyərləndirə bilməməyimiz zədəli futbolçuların çoxluğu ilə bağlıdı. Sıx qrafikdə oynayırıq və futbolçuları bərpa etmək çox çətindi. İlk dəqiqələrdə rəqibin yaxşı şansı vardı, oyunu 1 xalla başa vurduğumuza da sevinməliyik. Qarşıda hələ çox oyunlarımız var, sonuncu pillədən qurtulmaq üçün çalışacağıq”.