“Turan Tovuz”dan yeni transfer

“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb.

Newsport.az xəbər verir ki, bölgə təmsilçisi kabo-verde millisinin üzvü David Oliveyra Tavareşi heyətinə qatıb.

Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Benfika”nın yetirməsi olan yarımmüdafiəçi son olaraq Rumıniya təmsilçisi “Buzau”nun formasını geyinib. 26 yaşlı futbolçu Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right