"Qarabağ"dan Tadiç açıqlaması

Bu gün bir sıra media qurumlarında "Fənərbaxça"dan ayrılan serbiyalı Duşan Tadiçin "Qarabağ"ın maraq dairəsində olmasına dair xəbərlər yayılıb.

Newsport.az xəbər verir ki, Türkiyə mətbuatına istinadən yayılan məlumatlarda Ağdam təmsilçisinin Serbiya millisinin 36 yaşlı sabiq vingeri ilə maraqlandığı iddia edilib.

Lakin "Qarabağ" klubunun mətbuat xidmətindən Newsport.az saytına verilən açıqlamada məlumat təkzib edilib.

"Bu haqda xəbərlər doğru deyil" - deyə saytımıza bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right