AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Sabah”da ciddi dəyişiklərə ehtiyac duyulmadığını düşünür. Onun fikrincə, məşqçi dəyişikliyi klubda ciddi islahatlara rəvac verməməlidir.
Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis istefa verən Vasili Berezutskidən xələfi Valdas Dambrauskasa yaxşı miras qaldığı qənaətindədir: “Sabah”da baş məşqçi dəyişikliyi oldu. Yeni baş məşqçi qurulan işi davam etdirməlidir. Evi söküb, yenidən tikməyə gərək yoxdur. Son matçlar, kubokun finalı “Sabah”ın böyük potensiala malik olduğunu sübut etdi. İnanıram ki, yeni transferlər edildikdən sonra komanda daha güclü olacaq”.
Sadıqov “Sabah”ın rəqibinin güclü olduğunu da vurğulayıb: “Rəqibi sadə komanda deyil. Keçən il Konfrans Liqasında 1/4 finala qədər irəliləməsi onu göstərir ki, “Çelye” ciddi rəqibdir. Ancaq klublarımız dərk etməlidirlər ki, bu gün avrokubokların I və II təsnifat mərhələlərində qarşılaşdıqlarımız heç də bizimkilərdən üstün deyill