“Sabah”da yeni müqavilə

“Sabah” klubu futbolçusu Rəhman Daşdəmirovla müqavilənin müddətini uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçi ilə yeni anlaşmanın müddəti 2 illikdir.

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan R.Daşdəmirov 2023-cü ildən komandanın uğurları üçün çalışır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right