Azərbaycan Premyer Liqasının 15-ci turunda evdə "Kəpəz"lə bərabərə qalan (2:2) "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyunla bağlı fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, Abasov hakimin penalti epizodunda düzgün qərar verdiyini deyib:
"Əsl peşmanlıq hissi var, penalti verildi və biz son dəqiqədə 3 xalı itirdik. Komandam istəkli, sürətli və inamlı idi. Lakin son anda qələbəni əldən verdik, futbolun pis tərəfi də məhz budu. Oyunun sonlarında verilən penalti epizodunda hakim haqlı idi. Mən texniki zonadan gördüm ki, top futbolçumuzun əlinə dəydi. Artırılan 5 dəqiqəni də normal hesab edirəm".