“Sumqayıt” sürətli komandadı, onlara meydan versəydik... - Şahin Diniyev

Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə edən "Kəpəz"in baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Diniyev belə danışıb:

"Maraqlı oyun alındı, "Sumqayıt" komandasına belə bir oyun sərgilədiyinə görə təşəkkür edirəm. İlk hissədə bizim, ikinci hissədə "Sumqayıt"ın qol vurmaq üçün şansları oldu. Futbolçular əsl xarakter nümayiş etdirdilər. Düşünürəm ki, komandalar bu gün xal itirmədilər, xal qazandılar. Maraqlı, sürətli, ritmli bir futbol oldu. Dəyişiklik etmək baxımından ciddi imkanlarımız yoxdu. Amma Sitnikin oyuna daxil olması işimizə yaradı. Futbol təkcə gözəlliyə yox, əsasən nəticəyə hesablanmış oyundu. Bunlardan biri olanda digəri olmur. Birinci hissədə biz əks hücumlarda oynamağa çalışdıq. Bilirdim ki, "Sumqayıt" sürətli komandadı, onlara meydan versəydik, "tutulacaqdıq". İlk hissədə hər iki komanda gözləmə mövqeyini tutdu, ikinci hissə isə tamamilə fərqli oyun oldu. İkinci hissədə hər iki komanda qələbə üçün oynadı".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right