Türkiyə Kubokunun qrup mərhələsinin püşkü atılıb.
Newsport.az saytının məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Karşıyaka"nın da rəqibləri bəlli olub. Belə ki, İzmir təmsilçisi C qrupunda "Kastamonuspor", "Ahisar Bələdiyyəspor" və "Qalatasaray"la mübarizə aparacaq. Qeyd edək ki, ilk turun oyunları 15-17 dekabr aralığında keçiriləcək Türkiyə kubokunda 32 komanda 8 qrupda mübarizə aparır.
Digər qrupların tərkib hissəsi isə aşağıdakı kimidir:
A qrupu: "Başakşəhər”, "Şanlıurfaspor”, "Bandırmaspor”, "Amed SF”,
B qrupu: "Böyükçəkməcə”, "Bursaspor”, "Əskişəhərspor”, "Boluspor”
C qrupu: "1461 Trabzon”, "Sivas Bələdiyyəspor”, "Beşiktaş”, "Karabükspor”
D qrupu: "Çaykur Rizəspor”, "Bucaspor”, "Aydınspor”, "Mersin İdmanyurdu”
E qrupu: "Qalatasaray”, "Akhisar”, "Karşıyaka”, "Kastamonuspor”
F qrupu: "Nazilli Bələdiyyəspor”, "Trabzonspor”, "Qaziantepspor”, "Adanaspor”
G qrupu: "Kayserispor” , "Etimesqut”, "Konyaspor”, "İnegölspor”
H qrupu: "Fənərbaxça”, "Giresunspor”, "Tuzlaspor”, "Antalyaspr”