“Xəzər Lənkəran” istirahətsiz başladı

Premyer Liqanın XV turunda doğma meydanda "Qəbələ”yə 0:1 hesabı ilə məğlub olan "Xəzər Lənkəran” istirahətsiz məşq edəcək.

Newsport.az-ın məlumatına görə, "ağ-yaşıllar" bu gün oyunsonrası bərpa məşqini keçəcək. 

Qarşıdakı günlərdə də bir günlük istirahəti nəzərdə tutan intensiv hazırlıq planına uyğun məşq edəcək komanda dekabrın 11-də Bakıya yollanacaq. Paytaxtın "New Baku” otelində məskunlaşacaq "Xəzər Lənkəran” bir gün sonra "AZAL Arena”da oyunöncəsi son məşqinə, dekabrın 13-də isə eyni məkanda Premyer Liqanın XVI turu çərçivəsində meydan sahibi olan AZAL-la görüşə çıxacaq.

(12cioyuncu.info)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right