2025/26 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Karvan" daha bir futbolçusu ilə yollarını ayırıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi Ezekiel Gopson Morqanla başa çatan müqaviləni yeniləməyib.
Klub ona təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, bunadək "Karvan" Emil Qasımovla da vidalaşıb.