"Aris" bizim üçün arzuolunan rəqib deyil" Qara Qarayev

“Potensial rəqiblərimizin hamısı güclü komandalar idi. "Aris" də həmçinin. Yunan klubu bizim üçün arzuolunan rəqib deyil. Amma rəqibi seçmirik, püşk müəyyənləşdirir".

Newsport.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın futbolçusu Qara Qarayev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqiqbləri "Aris" haqda danışan yarımmüdafiəçi Yunanıstan klubu haqda hələlik ətraflı məlumatlarının olmadığı bildirib: “Aris” haqqında az da olsa məlumatımız var. Amma tam, hərtərəfli məlumatı bizə məşqçilər heyəti verəcək. Bunun üçün kifayət qədər vaxtımız var. İndi əsas diqqəti öz komandamıza, hazırlığımıza yönəltməliyik. Komandamızın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməli, oyun sistemimizə qaytarmalıyıq. Konfrans Liqasının oyunlarının məsuliyyətini başa düşürük, azarkeşlərin, futbol ictimaiyyətinin bizdən nə istədiyini anlayırıq".

Yaxşı heyyətlərinin olduğunu deyən futbolçu istənilən rəqibə qarşı mübarizə apara biləcəklərini qeyd edib: "Mövsümlərarsı fasilədə də ötən il bizə uğur qazandıran heyətin özəyi qorundu, yeni transferlərimiz də var və bu işlər davam edir. İntizamla və əzmkarlıqla istənilən rəqibə qarşı mübarizə aparmaq əzmindəyik. Yenə deyirəm, indi əsas diqqətimiz rəqibdə deyil, öz komandamızda olmalıdır. Məşqçilərimiz rəqibi zamanla araşdıracaq, lazımi məlumatları bizə verəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right