Məşhur UFC döyüşçüsü İslam Maxaçev və onun məşqçisi, keçmiş UFC çempionu Həbib Nurmaqomedov bu gün "Qarabağ" Futbol Klubunun bazasını ziyarət ediblər.
Newsport.az xəbər verir ki, hər iki döyüşçü "Qarabağ" baş məşqçisi Qurban Qurbanovla görüşüblər.
Qeyd edək ki, bu idmançılar iyunun 21-də başlanacaq UFC turnirində iştirak etmək üçün Bakıya səfərə gəliblər.
Daha əvvəl UFC turnirində yarışan azərbaycanlı döyüşçü Rəfael Fiziyev də "Qarabağ"ın bazasını ziyarət etmişdi.