Tofiq Musayev Bakıdakı UFC turnirində fərqli çəkidə döyüşəcək

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində başqa çəki dərəcində mübarizə aparacaq.

Newsport.az-ın məlumatına görə, idmançı və Qırğızıstandan olan rəqibi Mıktıbek Orolbai 75 kq çəki dərəcəsində döyüşməyə razılıq veriblər.

Onlar daha əvvəl 70 kq-da üz-üzə gəlməli idilər. Lakin rəsmi çəkiölçmə mərasimində hər ikisi buna uyğun gəlməyib.

“UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Gecənin əsas görüşündə Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right