“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat məhələsindəki rəqibi “Aris” daha bir futbolçu ilə heyətini gücləndirib.
Newsport.az xəbər verir ki, Yunanıstan klubu Noah Fadiqadan sonra Yunanıstan millisinin sabiq hücumçusu Anastasios Donislə anlaşıb.
APOEL-dən yenicə ayrılan 28 yaşlı ön xətt oyunçusu Saloniki təmsilçisi ilə hərtərəfli razılığa gəlib. Hazırda Salonikidə olan keçmiş “Yuventus”lu tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” “Aris”lə ilk oyununu iyulun 24-də evdə, cavab matçını isə 31-də səfərdə keçirəcək.