Simakala “Araz-Naxçıvan”a yeni çağırış üçün gəlib

Ba-Muaka Simakalanın “Araz-Naxçıvan”a keçidinin səbəbi müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu barədə Almaniyanın “Osnabrük” klubunun icraçı direktoru Mixael Vellinq açıqlama verib.

III Bundesliqa təmsilçisinin rəsmisi 28 yaşlı hücumçunun özünün ayrılmaq istəyi ilə onlara yaxınlaşdığını deyib: “Simakala bizə erkən müraciət etdi və yeni çağırışı qəbul etmək istədiyini bildirdi. Onun bu istəyini qəbul etdik. Çünki Ba-Muaka həm komanda yoldaşları, həm məşqçi heyəti, həm də azarkeşlər arasında böyük rəğbət qazanmışdı. Maddi baxımdan da tərəflər ortaq məxrəcə gəldiyindən, bu transferə razılıq verdik”.

Ba-Muaka Simakala “Araz-Naxçıvan”la 1 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right