Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaq “Şelburn”la “Linfild”in qalibi növbəti raundda “Qarabağ”a rəqib olacaq.
Newsport.az xəbər verir ki, həm İrlandiya, həm də Şimali İrlandiya klubu püşkatmanın nəticəsindən narazılıq bildirib.
Britaniya mətbuatı “Şelburn”un baş məşqçisi Damyen Daff və “Linfild”in çalışdırıcısı Devid Hilinin Azərbaycan çempionundan çəkindiyini yazıb. Mütəxəssislər həm “Şelburn”un, həm də “Linfild”in “Qarabağ” önündə minimum şansa malik olduğunu düşünürlər.
“İstər “Şelburn”, istərsə də “Linfild” mərhələ adlayarsa, Azərbaycan klubu cütün aşkar favoriti olacaq. “Qarabağ”ın zəngin Avropa təcrübəsi var. Bu komandanın ikinci raundda məğlubiyyəti sürpriz olar”, – deyə Britaniya mətbuatında yazılıb.