“Hayduk” “Zirə” üçün başladı

“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Split “Hayduk”u bu gündən təlim-məşq toplanışına başlayacaq.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Xorvatiya klubu yeni baş məşqçi Qonzalo Qarsiyanın rəhbərliyi altında ilk məşqinə çıxacaq.

İyunun 27-dək Splitdə hazırlaşacaq kollektiv ardından toplanışın əsas mərhələsi üçün Sloveniyanın Bled şəhərinə yollanacaq. “Hayduk” iyulun 4-dək qalacağı Bleddə iki yoxlama görüşü keçirəcək. Rəqiblər Bolqarıstanın ÇSKA (30 iyun) və Sloveniyanın “Radomlye” (4 iyul) klubu olacaq. Komanda “Zirə” ilə matçların son hazırlıqlarını isə Splitdə görəcək. Təmsilçimizlə qarşılaşma öncəsi iyulun 18-də Avstriya klubu LASK-la yoxlama oyunu təşkil ediləcək.

Qeyd edək ki, “Zirə” “Hayduk”la ilk oyununu iyulun 24-də evdə, cavab matçını isə 31-də səfərdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right