Ukrayna - Azərbaycan oyunu bu arenada

Azərbaycan milli futbol komandasının DÇ-2026-nın seçmə mərhələsində daha bir səfər oyununun məkanı müəyyənləşib.

Newsport.az xəbər verir ki, UEFA Ukrayna - Azərbaycan matçının arenasını təsdiq edib. Həmin oyun Polşanın Vroslav şəhərindəki "Tarczynski Arena"da keçiriləcək. Matç oktyabrın 13-ü, Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

45 min tamaşaçı tutumu olan bu arena 2011-ci ildə istifadəyə verilib. Stadionda Avro-2012-nin final mərhələsinin 3 oyunu təşkil olunub.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən, Ukraynadakı müharibə ilə əlaqədar bu ölkənin milli komandası 2022-ci fevralından sonra ev oyunlarında rəqibləri başqa ölkələrdə qəbul edir.

Xatırladaq ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa, İslandiya və Ukrayna ilə birgə D qrupunda mübarizə aparacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right