Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşka atılacaq.
Newsport.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsində mübarizəni dayandıracaq komandaların da Konfrans Liqasındakı rəqibləri müəyənləşəcək.
Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Sabah" 1-ci təsnifat mərhələsində Sloveniyanın "Sele" klubu ilə qarşılaşacaq. Bu cütün məğlubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində aşağıdakı komandalardan birinə rəqib olacaq.
"Sabah" - "Sele" (Sloveniya) cütünün məğlubunun mümkün rəqibləri:
"Rapid" (Avstriya)
"Yagelloniya" (Polşa)
"Birkirkara" (Malta)
"Universitata" (Rumıniya)
"Atletik Eskaldes" (Andorra) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi
Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.