Konfrans Liqası: "Zirə" və "Araz-Naxçıvan"ın rəqibləri bəlli olur

Bu gün UEFA Avropa Konfrans Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Newsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 17:00-da start götürəcək tədbirdə "Zirə" və "Araz-Naxçıvan"ın da rəqibləri müəyyənləşəcək.

Potensial rəqiblər:

AZ (Niderland), “Rapid” (Avstriya), “Sparta” (Çexiya), “Başakşehir” (Türkiyə), “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Yagelloniya” (Polşa), “Santa Clara” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Şarlerua” (Xorvatiya), “Riqa” (Latviya), “Maribor” (Sloveniya), AEK (Yunanıstan), “Balkani” (Kosovo), “DAK 1904” (Slovakiya), “Rakuv” (Polşa), “Rusenborq”, “Vikinq” (hər ikisi Norveç), “Aris” (Yunanıstan), “Austriya” (Avstriya), “Vaduts” (Lixtenşteyn), “Dandi Yunayted” (Şotlandiya) “Bröndbi”, “Silkeborq” (hər ikisi Danimarka), “Lozanna” (İsveçrə), “Puşkaş Akademiyası” (Macarıstan), “Universitata” (Rumıniya), “Beytar” (İsrail), Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Borats” (Bosniya və Herseqovina) - “Santa Koloma” (Andorra), “Runavik” (Farer adaları) - HIK (Finlandiya), “Valur” (İslandiya) - “Flora” (Estoniya), “Seynyayoki” (Finlandiya) - “Klaksivik” (Farer Adaları), “Malişevo” (Kosovo) - “Vikinqur” (İslandiya), “Tre Fiori” (San Marino) - “Pünik” (Ermənistan), “Birkirkara” (Malta) - “Petrokub” (Moldova), “Larne” (Şimali İrlandiya) - “Auda” (Latviya), “Meqpays” (Cəbəllütariq) - “Payde” (Estoniya), “Atletik Eskaldes” (Andorra) - “Düdelanj” (Lüksemburq), “Nomme Kalyu” (Estoniya) – “Partizani” (Albaniya) cütlərinin qalibləri, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin AEK (Kipr) – “Partizan” (Serbiya), “Spartak” (Slovakiya) – “Hakken” (İsveç) cütlərinin məğlubarı.

Eyni zamanda Avopa Liqasının 1-ci təsnifat mərhləsində mübarizəyə başlayacaq "Sabah"ın da Konrans Liqasındakı potensial rəqibi müəyyənləşəcək. Masazır təmsilçisi Avroliqada "Çelye" (Slovenya) səddini aşa bilməsə, yoluna Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right