"Sabah" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Çelye!" ilə qarşılaşacaq.
Newsport.az xəbər verir ki, "sarı-mavilər" ötən mövsüm Sloveniya çempionatını 4-cü pillədə başa vurub. "Çelye" də "Sabah" kimi ölkə kubokunu qazanmaqla Avropa Liqasında iştirak etmək hüququ qazanıb.
Komandanın baş məşqçisi ispan mütəxəssis Albert Rieradır. Məşhur "Transfermarkt" portalında "Çelye"nin heyətinin dəyəri 13,61 milyon avro göstərilib.
Sloveniya klubu 2024/2025 mövsümündə UEFA Avropa Konfrans Liqasının liqa mərhələsində iştiirak edib. Onlar 21-ci yeeri tutaraq pley-offa yüksəlib. "Çelye" bu raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb. Komanda 1/8 finalda isə İsveçrə "Luqano"sundan üstün olub. Albert Rieranın yetirmələri 1/4 finalda "Fiorentina"ya uduzaraq turnirdə mübarizəni dayandırıb.
"Çelye" bir neçə gün öncə "Kəpəz"lə əməkdaşlıq müqaviləsi imzalayıb. Anlaşma klublar arasında mövcud skautinq şəbəkəsi və resurslardan istifadə edilməklə oyunçuların transferi sahəsində ümumi strateji məsləhətlərin və dəstəyin göstərilməsini əhatə edir.