"Sabah"dan ayrılan məşqçi özünə yeni iş tapdı

Vasili Berezutskinin gedişindən sonra "Sabah"dan ayrılan onun köməkçisi Dmitri Smirnov özünə yeni iş tapıb.

Newsport.az xəbər verir ki, o, Rusiya həvəskarlar liqasında yarışan Moskvanın "2Drots" komandasının baş  məşqçisi təyin edilib. Bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, D.Smirnov "Sabah"da qapıçılarla işləyən məşqçi idi.

V.Berezutski iyunun 14-də "Sabah"dan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right