"Əl-Əhli"nin müdafiəçisi "Fənərbaxça"ya keçə bilər

"Əl-Əhli"nin müdafiəçisi Merih Demiral ölkəsinə qayıda bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.

"Fənərbaxça" türk futbolçunu transfer etmək istəyir. İstanbul klubu Merihlə danışıqlara başlayıb. 27 yaşlı mərkəz müdafiəçisi özü də yetirməsi olduğu kluba qayıtmağa isti yanaşır.

Qeyd edək ki, Merih Demiral ötən mövsüm "Əl-Əhli"nin heyətində keçirdiyi 44 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib. Türkiyə millsinin üzvünün Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right