“Neftçi”nin futbolçusuna 4 oyunluq cəza

AFFA İntizam Komitəsi Gənclər Liqasında keçirilən oyunlardakı neqativ hallarla bağlı sərt qərarlar verib.

Newsport.az xəbər verir ki, “Səbail” – “Araz Naxçıvan” matçının 90+2-ci dəqiqəsində “Araz Naxçıvan”dan Məhəmməd Rəşidli, “Səbail”dən isə Murad Fərzəliyev rəqibi təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılıb.

“Neftçi” – “Turan Tovuz” matçında isə “Neftçi”nin oyunçusu Mirəli Hüseynov təcavüzkar davranışa görə qırmızı vərəqə alıb və bu, onun 4 oyunluq sanksiya ilə üzləşməsinə səbəb olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right