"Qarabağ" braziliyalı yarımmüdafiəçi gətirir

"Palmeyras"ın yarımmüdafiəçisi Pedro Bikalyo karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

Newsport.az xəbər verir ki, "Qarabağ" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Diário de Transferências" məlumat yayıb.

Azərbaycan çempionu Bikalyonun keçidini həll etməyə yaxındır.

Qeyd edək ki, Pedro Bikalyo ötən mövsüm icarə əsasında Portuqaliyanın "Alverka" klubunda çıxış edib. 24 yaşlı futbolçu 2-ci Liqa təmsilçisinin heyətində keçirdiyi 35 oyunda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right