Daha iki məşqçi “Sabah”dan ayrıldı

Vasili Berezutski ilə birlikdə onun “Sabah”dakı köməkçiləri də klubu tərk edib.

Newsport.az xəbər verir ki, rusiyalı mütəxəssislər Dmitri Smirnov və Aleksandr Naqornı Bakı təmsilçisi ilə vidalaşıb.

Smirnov və Naqornının müqavilələrinə elə maddə əlavə olunmuşdu ki, baş məşqçi ayrıldığı təqdirdə onların da sözləşmələri avtomatik olaraq başa çatır. Onlardan fərqli olaraq, qapıçılar üzrə məşqçisi Aleksey Antonyukun “Sabah”da işini davam etdirmək ehtimalı yüksəkdir. Çünki klub onunla əməkdaşlığı dayandırmamaqda maraqlıdır.

Qeyd edək ki, Vasili Berezutski bir neçə gün əvvəl ailəsində yaranmış problemlə əlaqədar “Sabah”dan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right