Viktor Qonçarenko Azərbaycanda çalışa bilər.
Newsport.az xəbər verir ki, bu barədə Belarus mətbuatında məqalə dərc olunub.
Rusiyanın “Pari Nijni Novqorod” klubundan istefaya göndərilən 48 yaşlı mütəxəssisə bir neçə variant məsləhət görülüb. Belə ki, onun Belarusa qayıtmaqla yanaşı, Azərbaycan, Qazaxıstan və ya Ermənistanda çalışmaq variantını nəzərdən keçirə biləcəyi vurğulanıb. Bildirilib ki, Qonçarenko adları çəkilən ölkələrdə titullar uğrunda mübarizə apara və avrokuboklarda iştirak edə bilər.
Qeyd edək ki, Viktor Qonçarenko məşqçilik karyerası ərzində yalnı Belarus və Rusiyada çalışıb. Onun bir neçə dəfə ölkəmizə gəlmək şansı olub, lakin hər dəfə məşqçi bundan imtina edib.