Azarkeşlər nəticələrdən narazıdır, mətbuat haqlı olaraq problemləri qabardır və.s.
Amma başını aşağı salıb, çətin şərtlərə rəğmən işini vicdanla görənlər də yox deyil.
Onun başçılığı altında 17 yaşlılar son dönəmlər müsbət nəticələr qazanmağı bacarır.
Gürcülərlə görüşdə isə qələbə yalnız son dəqiqələrdə əldən çıxıb - 1:1.
Təbii ki, ölkə futbolunun ümumi sistemində ciddi nöqsanlar var.
Yetər ki, əmək sərf edəsən, inanasan. Bir neçə ay əvvələ kimi elə bu yaş qrupu da məğlubiyyətləri sıralayırdı. Görünür, baş məşqçi xoşagəlməz tendensiyanın önünü kəsə bilib.
Daim bu yaş qrupunda olan uşaqlarla əlaqə yaradır.
Qısası, ortaya məhsul çıxarmaq üçün nəsə edir.
Bir sözlə, əsas milli Fernandu Santuşun rəhbərliyi altında yaşadığı fiasko fonunda Ayxan Abbasovun çalışdırdığı U-21, Aqil Nəbiyevin baş məşqçisi olduğu U-17 yığmaları mübarizəsi, müsbət nəticələri ilə gələcəyə az da olsa ümid verir.
<p style="box-sizing: border-box; margin-top: 0px; margin-bottom: 1rem; color: rgb(33, 37, 41); font-family: -apple-system, BlinkMacSystemFont, " segoe="" ui",="" roboto,="" "helvetica="" neue",="" arial,="" "noto="" sans",="" sans-serif,="" "apple="" color="" emoji",="" "segoe="" ui="" symbol",="" emoji";="" font-size:="" 16px;"=""> Xanoğlan İmanov/sportinfo.az