"Şamaxı" futbolçusu Cəlal Hüseynovla yollarını ayırdığını rəsmən açıqlayıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İcarə müqaviləsi başa çatan Cəlal Hüseynov məxsus olduğu Bolqarıstanın “Arda” klubuna qayıdıb.
Bölgə təmsilçisi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Daha əvvəl 25 yaşlı müdafiəçi QOL.az saytına açıqlamasında "Şamaxı"dan ayrılacağını bildirmişdi.
Qeyd edək ki, Cəlal yanvarın 1-dən "Şamaxı"da oynayırdı.