“Qarabağ”la “Şamaxı”nın fərqi

Misli Premyer Liqasının 2024-2025 mövsümündə 43 penalti qeydə alınıb.

Newsport.az saytının məlumatına görə, onun 34-ü qolla nəticələnib. 9 halda isə zərbəni qola çevirmək mümkün olmayıb.

Lehinə ən çox onbirmetrlik zərbə verilən komanda “Qarabağ” olub. Ağdam təmsilçisi qazandığı 7 penaltinin hamısını qolla tamamlamağı bacarıb. “Zirə” və “Turan Tovuz”un futbolçuları 6 dəfə rəqib qapıçı ilə üzbəüz duelə çıxıb. Qəsəbə təmsilçisi bunun 5-də qol sevinci yaşayıbsa, tovuzlular 3 dəfə penaltini məntiqi sonluqla yekunlaşdıra bilməyiblər.

Ən az penalti qazanan komanda “Şamaxı” olub. Cəmi 1 dəfə hakim bölgə təmsilçisinə onbirmetrlik zərbədən fərqlənmək imkanı verib.

Ən çox penalti zərbəsi yerinə yetirən futbolçu Rafael Utziq olub. “Zirə”nin braziliyalısı 4 dəfə bu imkanı qazanıb və hamısında toru silkələməyi bacarıb. Onu 3 penalti ilə Yassin Benzia (“Qarabağ”), Kristian da Silva (“Turan Tovuz”) və Luis Paçu (“Kəpəz”) izləyiblər. Benzia hər üç halda ustalığını nümayiş etdiribsə, digər iki oyunçu yalnız 1 penalti qoluna sevinib.

Əleyhinə ən çox penalti verilən komanda isə “Şamaxı”dır. Bölgə klubunun qapıçısı 8 dəfə rəqib oyunçu ilə üz-üzə qalıb. Bunun 7-də “Şamaxı” mərkəzə dəvət olunub. İkinci pillədə qapısına 6 penalti təyin olunan “Səbail”dir. Elitanı tərk edən komanda yalnız 1 halda zərbənin qolla nəticələnməməsi ilə sevinə bilib. Müdafiədə ən intizamlı oyun sərgiləyən isə “Araz-Naxçıvan” olub. Naxçıvanlılar yalnız 1 dəfə rəqibə penalti vurmaq imkanı qazandırıb, o da qolla nəticələnməyib.

Penaltidən vurulan qollar:

“Qarabağ” – 7

XI tur: Toral Bayramov (“Şamaxı” ilə ev oyunu – nəticə 3:0)

XIII tur: Yassin Benzia (“Zirə” ilə ev oyunu – 4:0)

XXII tur: Yassin Benzia (“Səbail”lə ev oyunu – 5:0)

XXIII tur: Marko Yankoviç (“Neftçi” ilə səfər oyunu – 1:0)

XXVIII tur: Kadi Borqes (“Turan Tovuz”la səfər oyunu – 4:1)

XXXI tur: Yassin Benzia (“Neftçi” ilə ev oyunu – 3:0)

XXXII tur: Redon Cica (“Sabah”la səfər oyunu – 1:1)

“Zirə” – 5

II tur: Rafael Utziq (“Sabah”la səfər oyunu – 2:0)

VII tur: Rafael Utziq (“Sumqayıt”la səfər oyunu – 2:0)

XXV tur: Qismət Alıyev (“Turan Tovuz”la səfər oyunu – 2:0)

XXX tur: Rafael Utziq (“Neftçi” ilə səfər oyunu – 4:0)

XXX tur: Rafael Utziq (“Neftçi” ilə səfər oyunu – 4:0)

“Sabah” – 4

V tur: Coy Lens Mikels (“Kəpəz”lə səfər oyunu – 3:2)

VII tur: Pavol Safranko (“Səbail”lə səfər oyunu – 4:2)

XXI tur: Pavol Safranko (“Kəpəz”lə səfər oyunu – 2:3)

XXII tur: Pavol Safranko (“Turan Tovuz”la ev oyunu – 2:1)

“Araz-Naxçıvan” – 4

VIII tur: Felipe Santos (“Səbail”lə ev oyunu – 3:2)

XI tur: Felipe Santos (“Zirə” ilə ev oyunu – 1:1)

XVI tur: Ramon Maçado (“Səbail”lə səfər oyunu – 2:0)

XXIX tur: Ramon Maçado (“Sumqayıt”la ev oyunu – 2:0)

“Neftçi” – 4

XXI tur: Emin Mahmudov (“Şamaxı” ilə ev oyunu – 1:0)

XXIV tur: Filip Ozobiç (“Sumqayıt”la ev oyunu – 1:0)

XXIX tur: Ramil Şeydayev (“Şamaxı” ilə səfər oyunu – 2:0)

XXXIII tur: Emin Mahmudov (“Kəpəz”lə ev oyunu – 2:2)

“Turan Tovuz” – 3

IV tur: Otto Con (“Qarabağ”la səfər oyunu – 1:0)

VIII tur: Kristian da Silva (“Şamaxı” ilə səfər oyunu – 2:2)

XVI tur: Alexandro Serrano (“Şamaxı” ilə ev oyunu – 3:2)

“Kəpəz” – 3

XI tur: Luis Paçu (“Turan Tovuz”la səfər oyunu – 1:2)

XXI tur: Rauf Hüseynli (“Sabah”la ev oyunu – 3:2)

XXXIV tur: Rauf Hüseynli (“Sumqayıt”la ev oyunu – 1:0)

“Sumqayıt” – 2

XIV tur: Rövlan Muradov (“Şamaxı” ilə ev oyunu – 2:1)

XXXVI tur: Giorgi Karaişvili (“Səbail”lə səfər oyunu – 4:1)

“Şamaxı” – 1

XXIII tur: Brahim Konate (“Kəpəz”lə səfər oyunu – 1:1)

“Səbail” – 1

XXXIII tur: Rüfət Abdullazadə (“Şamaxı” ilə səfər oyunu – 1:1)

Qolla nəticələnməyən penaltilər:

“Turan Tovuz” – 3

IV tur: Otto Con (“Qarabağ”la səfər oyunu – 1:0)

XI tur: Kristian da Silva (“Kəpəz”lə ev oyunu – 2:1)

XIII tur: Kristian da Silva (“Səbail”lə səfər oyunu – 1:1)

“Kəpəz” – 2

XV tur: Luis Paçu (“Şamaxı” ilə səfər oyunu – 1:0)

XIX tur: Luis Paçu (“Turan Tovuz”la ev oyunu – 5:2)

“Sabah” – 1

XI tur: Cesse Sekidika (“Neftçi” ilə ev oyunu – 0:0)

“Səbail” – 1

XI tur: Fərid Nəbiyev (“Sumqayıt”la ev oyunu – 0:1)

“Sumqayıt” – 1

XXI tur: Rövlan Muradov (“Araz-Naxçıvan”la ev oyunu – 0:0)

“Zirə” – 1

XXIX tur: Qismət Alıyev (“Qarabağ”la səfər oyunu – 0:1)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right