“Buna görə heç vaxt etirazımı bildirməmişəm”- İlqar Qurbanov MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XV turunda "İnter"ə 1:0 hesabı ilə qalib gələn “Qarabağ”ın futbolçusu İlqar Qurbanov həmin oyundan sonra Newsport.az saytının suallarını cavablandırıb

- Premyer Liqanın son 14 turunda “İnter” yalnız iki dəfə məğlub olub ki, hər iki oyunda “Qarabağ”a boyun əyib.

- “İnter” çox yaxşı komandadır. Bu gün də maraqlı oyun keçdi. Hər iki komanda gözəl oyun sərgilədi. “İnter” çox ağıllı futbol sərgiləyirdi, yaxşı müdafiə olunurdu. Sevindirici haldır ki, ilk hissədə bir qol vurmağı bacardıq və rəqibin fərqlənməsinə imkan vermədik. Ağır oyunlar ərəfəsində və ən əsası belə bir çətin matçda 3 xal qazanmağımız yaxşı haldır.

- Turnir cədvəlində 2-ci mövqedə qərarlaşan “Qəbələ” ilə aranızda 8 xal fərq var.

- Biz bunu düşünmürük. Ötən mövsümlərdə 12-13 xal öndə olduğumuza halda, sona yaxın xala qədər fərqin azaldığı oyunlar olub. Yəni 8 xala arxayın olmamaq lazımdır. Biz hər oyuna qələbə qazanamaq üçün çıxırıq. Digər komandalarla aramızda oln xal fərqinə fikir versək, biz də xal itirə bilərik.

- Deyə bilərikmi hazırda Premyer Liqada “Qarabağ”a tam ciddi müqavimət göstərə biləcək rəqib azdır?

- Deməzdim ki, ciddi rəqib yoxdur. Bizə qarşı bütün komandalar yaxşı hazırlaşırlar. “Qarabağ”la oyunlarda rəqiblərimizin meydanda həvəsli oynadığını görürük. Bütün rəqiblərimiz çalışır ki, özlərini yaxı tərəfdən göstərsinlər. Sözün həqiqi mənasında çempionat çox çətin keçir. Hem Avro Liqa, Azərbaycan kuboku, hem de Premyer Liqada mübarizə aparmaq çox çətindir. Ona görə də deməzdim ki, başqa komandalar bizdən aşağı səviyyədədir.

- Demək olar ki, “Qarbağ”ın bütün futbolçuları açıqlamalarında rəqiblərin onlara qarşı yaxşı hazırlaşdığını bildirir. Səncə bu nədən irəli gəlir? “Qarabağ”dan bu qədər çəkinirlər?

- Yəqin ki, çəkinirlər. Demək olar ki bütün komandalar . “Qarabağ” daha yaxşı nəticələr qazandığı üçün daha ciddi hazırlaşırlar. Ötən tur “Neftçi” ilə oyunda da gördünüz ki, nə qədər istəkli idilər. Qələbə qazanmaq üçün vuruşurdular.

- Səncə “Qarabağ” yaxşı nəticələrini Avroliqada da davam edə biləcək? Yəni qurupdan çıxmaq şansınız varmı?

- Bu, “Qarabağ”ın hər bir futbolçusunun istəyidir. Amma bilirik ki, çox çətin olacaq. Çünki “Anderlext”i səfərdə mütləq məğlub etməliyik.

- Çox ehtimal ki, Ansi Aqolli meydana çıxa bilməyəcək. Səni meydanda görə biləcəyikmi həmin oyunda ?

- Qismət olsa oynayacam. Baş məşqçimiz şans versə, çıxıb meydanda əlimdən gələni edəcəm.

- Qurban Qurbanov Avroliqa oyunlarında demək olar ki, sənə şans vermir?

- Bu baş məşqçimizin qərarıdır. Xüsusi bir səbəbi yoxdur. Ehtiyac olanda mənə də şans verir. Mən də çalışıram ki, baş məşqçimizin etimadını doğruldum. Bu barədə heç vaxt etirazımı bildirməmişəm. Təcrübəli futbolçu hər şeyə hazır olmalıdır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right