Rusiya millisinin sabiq futbolçusu İqor Semşov Moskva ÇSKA-sının baş məşqçisi postuna namizədlərlə bağlı fikirlərini bildirib.
Newsport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis hazırda “Sabah”ı çalışdıran Vasili Berezutskinin “hərbçilər”in “sükanı arxasına” keçmək şansını dəyərləndirib.
Onun fikrincə, həm Berezutski, həm də digər namizəd Sergey İqnaşeviçin təyinatı sürpriz olmaz: “Onlar tamamilə normal namizədlərdir. Hər ikisi ÇSKA-nın psixologiyasını və strategiyasını yaxşı bilir. O zaman niyə də olmasın?”
Qeyd edək ki, Vasili Berezutskinin “Sabah”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. Sergey İqnaşeviç isə ötən il “Baltika”dan ayrıldıqdan bəri işsizdir.