“Sabah” Gürcüstanda 5-ci yeri tutdu

“Sabah”ın U-11 komandası Gürcüstanın Batumi şəhərində keçirilən “Shota Cup” beynəlxalq futbol turnirində iştirak edib.

Newsport.az xəbər verir ki,  Arslan Quliyevin baş məşqçisi olduğu komanda qrup mərhələsində “Golden Boys” (6:1), “Maxinjauri A” (1:2), “Dolphins Batumi” (3:1) və “Batusi” (3:1) komandaları ilə qarşılaşıb. Qrup mərhələsini 2-ci pillədə başa vuran “Sabah” 1/4 finalda “Kobuleti” ilə qolsuz heç-heçədən sonra penalti seriyasında məğlub olub.

Azərbaycan təmsilçisi 5–8-ci yerlər uğrunda mübarizədə “Bombora Kobuleti”yə (5:1) və “Uqimerioni Tbilisi”yə (1:0) qalib gələrək turniri 5-ci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right