Qara Qarayev: “Tottenhem” heç kimə hədiyyə verməz” MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ” doğma meydanında "İnter”i qəbul edib. Oyun "Qarabağ” 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az-ın məlumatına görəmatçdan sonra "Qarabağ”ın futbolçusu Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb: 
 
"Anderlext”lə oyundan öncə ən çətin sınaqlarımızdan biri "İnter”lə oyun idi. Nəticə bizi məmnun etdi.  Oyuna yaxşı hazırlaşmışdıq. Çalışdıq ki, maksimum nəticə qazanaq. 4 gün sonra "Anderlext”lə oyunumuz var. Bundan sonra diqqətimizi o oyuna yönəltməliyik.
 
-Komandada psixoloji vəziyyət necədi?
-Vəziyyət yaxşıdı. Uşaqlar arasında mehribançılıq var. Düşünürəm ki, bu durum ancaq bizim xeyrimizə ola bilər. 
 
-Səfərdə "Anderlext”ə qalib gəlmək mümkündürmü?
-Mümkünsüz heç nə yoxdu. Amma həqiqətən də çətin olacaq. 
 
-Etiraf edək ki, psixoloji təzyiq altında olacaqsınız...
-"Anderlext”in Bakıda "Qarabağ”a məğlub olması, onlar üçün sensassiya oldu.  Düşünürəm ki, "Anderlext” oyuna revanş üçün çıxacaq.  Buna baxmayaraq bir neçə yaxşı səfər oyunu oynamışıq. "Qarabağ” səfərdə yaxşı oynayır. Düşünürəm ki, yaxşı mübarizə aparacağıq. 
 
-Bu mövsüm Avrokuboklarda səfər qələbəsi qazana bilmirsiniz. Bunun səbəbi nədir?
-Səbəb deməzdim, şanssızlıqlarımız oldu.  Düşünürəm ki, "Monako” ilə səfər oyununda yaxşı oynadıq. Fransadakı oyundan xalla dönmək mümkün olardı. "Tottenhem”lə oyunda isə, öndə olsaq da səhvlərimizdən məğlub olduq. "Tottenhem” həqiqətən də çətin səfər idi. "Monako” ilə oyunda isə xal qazanmaq üçün bəxtimiz gətirmədi.  Səfərdə qələbə qazana bilməməyimizin səbəbi yoxdur. Fikrimcə, rəqiblər bizi daha yaxşı analiz edir.  
 
-"Anderlext” üzərində qələbə qazansanız, bir gözünüz Londonda olacaq. Necə düşünürsən? "Totttenhem” adınalayiq oyun nümayiş etdirəcək?
-Düşünürəm ki, "Tottenhem” heç kimə hədiyyə verməz. Buna baxmayaraq biz öz işimizi görməliyik. Biz öz işimizi yaxşı görsək uğur qazana bilərik. Əsas öz oyunumuza köklənməliyik. 
 
-"Anderlext”lə oyunda 1 xal qazansanız bunu uğur kimi qəbul edəcəksiniz?

-Sözsüz, reytinq xalı qazanacağıq. Qrupdan çıxmaq üçün qələbə qazanmalıyıq.Məğlub olmasaq da bu bizim üçün uğur olacaq.
 
Mərdan Həsənov




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right