"Qarabağ"da növbəti ayrılıq Rəsmi

"Qarabağ"da növbəti ayrılıq gerçəkləşib.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi Patrik Andrade ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kabo-verdeli yarımmüdafiəçinin klubla başa çatan müqaviləsinin müddətini uzadılmayıb.

Patrik Andrade ötən mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" müqaviləsi başa çatan Yassin Benzia ilə də yollarını ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right