Oyundan razı qalmadım - Svanadze

Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Qarabağ"a minimal hesabla uduzan "İnter"in baş məşqçisi Zaur Svanadze oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, gürcü çalışdırıcı komandasının oyunundan narazı qaldığını deyib:

- Baş vermiş faciəylə bağlı baş sağlığı verirəm. Oyuna gəldikdə isə yaxşı oynamadıq. Ötürmələrdə çoxlu səhvlərə yol verdik. Zədəli oyunçularımız var. Çalışacağıq ki, gələn oyunlarda bu səhvləri aradan qaldıraq.

- Siz bu oyunda təkcə ötürmələrdən narazı qaldız?
- Sadə ötürmələrdə səhvlər edirdik. Komandada mübarizə də çatmırdı.

-Komandadakı vəziyyətlə bağlı nə deyə bilərsiz? 
- Bildiyim qədər ilə komanda fəaliyyətini davam etdirəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right